Bəziləri İranla Azərbaycan Respublikası arasında anlaşılmazlığın yaranmasına çalışırlar
https://azeri.sahartv.ir/news/İran-i392687-bəziləri_İranla_azərbaycan_respublikası_arasında_anlaşılmazlığın_yaranmasına_çalışırlar
İranın daxili işlər naziri Azərbaycan Respublikasının baş prokuroru ilə görüşdən sonra deyib ki, bəziləri İranla Azərbaycan Respublikası arasında anlaşılmazlığın yaranmasına çalışırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2022 14:27 Asia/Baku
  • Bəziləri İranla Azərbaycan Respublikası arasında anlaşılmazlığın yaranmasına çalışırlar

İranın daxili işlər naziri Azərbaycan Respublikasının baş prokuroru ilə görüşdən sonra deyib ki, bəziləri İranla Azərbaycan Respublikası arasında anlaşılmazlığın yaranmasına çalışırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Əhməd Vəhidi Tehranda Kamran Əliyevlə görüşdən sonra söyləyib: İranla Azərbaycan Respublikası arasında bir çox ortaq məsələlər vardır ki, üçüncü tərəf iki ölkənin yaxşı münasibətlərinə qarışmamalıdır.

Vəhidi qeyd edib ki, İran və Azərbaycan Respublikası yaxşı gələcəyə və bölgədə strateji əlaqələrə malik ola bilərlər.

Vəhidi bəzi iranlı müsafirlərin Azərbaycan Respublikası ilə sərhəddəki problemləri haqda deyibdir ki, həmin ölkənin baş prokuroru ilə bu barədə söhbət edilib və o, «İranın əksinə olaraq, Azərbaycan Respublikasında lisenziyası olmayan dərmanı daşımaq»la bağlı qaydaların araşdırılması və onlara düzəlliş edilməsi barədə söz veribdir.