İnsan hüquqlarının bugünkü iddiaçıları onu daha çox pozanlardandırlar
https://azeri.sahartv.ir/news/İran-i392688-İnsan_hüquqlarının_bugünkü_iddiaçıları_onu_daha_çox_pozanlardandırlar
İran məhkəmə hakimiyyətinin insan hüquqları qərargahının sədri vurğulayıb: Amerika və Qərb insan hüquqlarının bugünkü iddiaçıları kimi onu daha çox pozanlardandırlar. Onlar bu vasitədən istifadə ilə öz məqsədlərinə çatmağa səy göstərirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2022 14:28 Asia/Baku
  • İnsan hüquqlarının bugünkü iddiaçıları onu daha çox pozanlardandırlar

İran məhkəmə hakimiyyətinin insan hüquqları qərargahının sədri vurğulayıb: Amerika və Qərb insan hüquqlarının bugünkü iddiaçıları kimi onu daha çox pozanlardandırlar. Onlar bu vasitədən istifadə ilə öz məqsədlərinə çatmağa səy göstərirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Kazım Qəribabadi İmam Xomeyni(r.ə.) adına beynəlxalq universitetdə keçirilən «Amerikanın İran xlaqına qarşı cinayətlərinin hüquqi miqyaslarının araşdırılması» konfransında deyib: Amerika təkcə İran xalqının düşməni deyil, həm də beynəlxalq ictimaiyyətin düşmənidir. Onun öz imperialist və müstəmləkəçilik xislətini izlədiyi yer qalmayıbdır.

Qəribabadi əlavə edib: Amerikanın sionist rejimə dəstəklərinin misli görünməyib. Amerika indiyədək BMT Təhlükəsizlik Şurasında bu rejimə qarşı yetmiş qətnaməyə veto qoyub, onların qəbul olunmasına icazə verməyib və bütün varlığı ilə sionist rejimin cinayətlərinin arxasında durubdur.