İranlı həkim ümumdünya oftalmologiya fondunun mükafatına layiq görülüb
https://azeri.sahartv.ir/news/İran-i392901-İranlı_həkim_ümumdünya_oftalmologiya_fondunun_mükafatına_layiq_görülüb
İranlı həkim Fatimə Heydəri ümumdünya oftalmologiya fondunun mükafatına layiq görülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2022 10:57 Asia/Baku
  • Fatimə Heydəri
    Fatimə Heydəri

İranlı həkim Fatimə Heydəri ümumdünya oftalmologiya fondunun mükafatına layiq görülüb.

SəhərAzəri-nin məlumatına əsasən, İranlı gənc oftalmoloq Fatimə Heydəri geniş təhsil və tədqiqat xidmətləri, həmçinin oftalmologiya və optometriya sahəsində iki elmi nəşrin baş redaktoru olduğuna görə, ümumdünya oftalmologiya fondunun mükafatını almağa müvəffəq olub.

Onlarla elmi məqalənin müəllifi olan doktor Fatimə Heydəri həm də Amerika görmə elmləri akademiyasının xüsusi kursunu keçibdir.

Ümumdünya Oftalmologiya Fondu Almaniyada yerləşən beynəlxalq elmi orqandır. Görmə elmləri üzrə tədqiqatçıları himayə və təqdim etməklə məşğul olan fond hər il inkişaf etməkdə olan ölkələrdəki tədqiqatçılara altı min dollar dəyərində mükafat verir.