İranın dincməqsədli nüvə proqramı indiyədək ən çox şəffaflığa malik olub
-
Kamalvəndi
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatına reaksiyada vurğulayıb: Öncəki faktaraşdırıcılıq sisteminin yenidən bərqərar edilməsi nüvə anlaşması tərəflərinin öz öhdəliklərinə əməl etmələrindən asılıdır və İranın dincməqsədli nüvə proqramı indiyədək ən çox şəffaflığa malik olubdur.
SəhərAzəri-nin məlumatına əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu həftə direktorlar şurası üzvlərinin ixtiyarına verdiyi iki hesabatda İranın nüvə işində qarant məsələləri barədəki iddialarını təkrarlayıb və iddia edibdir ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının miqdarı hal-hazırda nüvə anlaşmasında təyin olunmuş həddən 19 dəfə çoxdur.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin hesabatına toxunan İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib: Agentliyin baş direktorunun mövsüm hesabatındakı mətləblər öncəki əsassız halların təkrarı olub, siyasi məqsədlər güdür və xas hədəflər istiqamətində ibarələrlə oynamaqdan başqa, onun heç bir yeni cəhəti yoxdur və İran nümayəndəsi ona faktiki və hüquqi cavablar verəcəkdir.
Kamalvəndi həmçinin deyib: Bəzi beynəlxalq medialar agentliyin baş direktorunun qəsdən qaranlıq tənzim etdiyi və qeyri-zəruri detallarla dolu olan ibarələrini öz xeyirlərinə müsadirə, şərh və təhrif etməklə keçmşdə olduğu kimi, bu qaranlıq cəhətlərdən sui-istiadə ediblər. Onlar bunu, İranın nüvə proqramının qeyri-sülhsevər olduğunu təlqin etmək məqsədilə, öz puç media atmosferyaratmaları ilə izləyirlər.
Kamalvəndinin sözlərinə görə: Öncəki faktaraşdırıcılıq sisteminin yenidən bərqərar edilməsi nüvə anlaşması tərəflərinin öz öhdəliklərinə əməl etmələrindən asılıdır və onlar öz öhdəliklərinə əməl etmədikləri və İrana qarşı qəddarcasına sanksiyalarının davam etdiyi bir halda, İranın qarantdankənar nəzarətləri də qəbul edəcəyini Tehrandan gözləməməlidirlər.