Sen 14, 2022 11:02 Asia/Baku
  • Əmir Abdullahian: Amerika tərəfi realist olarsa, razılaşma mümkündür

İranın xarici işlər naziri İranın güclü və davamlı razılaşmaya nail olmaq üçün ciddi iradəsini vurğulayaraq, qeyd edib ki, Amerika tərəfi real yanaşarsa, razılaşma mümkündür.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian nigeriyalı həmkarı Cefri Onyeama ilə telefon danışığı zamanı sanksiyaların ləğvi ilə bağlı danışıqların son vəziyyətinə toxunaraq, deyib ki, İran İslam Respublikası qarşı tərəflərlə danışıqların davam etdirilməsinə sadiqdir və güclü və davamlı razılaşma əldə etmək üçün ciddi iradəyə malikdir.

Əmir Abdullahiyan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) siyasi yanaşmalardan uzaq olaraq öz vəzifələrini texniki cəhətdən yerinə yetirəcəyinə ümidvar olduğunu bildirib və ABŞ-ın realist olacağı təqdirdə razılaşmanın mümkün olduğunu deyib.

İranın xarici işlər naziri, həmçinin iki ölkə arasında yarım əsrlik əlaqələrin siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün böyük və möhkəm sərmayə olduğunu vurğulayıb və nigeriyalı həmkarını Tehrana dəvət edib.

Nigeriyanın xarici işlər naziri də öz növbəsində Nigeriya nümayəndə heyətinin Tehrana son səfərini səmərəli hesab edərək, iki ölkə arasında mövcud olan tarixi əlaqələri və dostluq münasibətlərini qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün lazımi əsas kimi müəyyənləşdirdi.

O, həmçinin nüvə danışıqlarında İranın xoşməramlı olmasının vacibliyini vurğulayıb və ABŞ-ın nüvə sazişindən çıxdığını xatırladaraq, bu ölkənin müqaviləyə qayıdacağına və mövcud problemləri həll edəcəyinə ümid etdiyini bildirib.

Teqlər