Rəisi: İran xalqının hüquqlarını qətiyyətlə müdafiə etməkdə qərarlıyıq
https://azeri.sahartv.ir/news/İran-i393202-rəisi_İran_xalqının_hüquqlarını_qətiyyətlə_müdafiə_etməkdə_qərarlıyıq
İran prezidenti Seyid İbrahim Rəisi nüvə razılaşmasına nail olmaq üçün yekun qərarın verilməsinin ABŞ-ın üzərinə düşən vəzifə olduğunu bəyan edərək, vurğulayıb: "Biz İranın və onun xalqının hüquqlarını qətiyyətlə müdafiə etməkdə qərarlıyıq".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2022 07:43 Asia/Baku
  • Rəisi:  İran xalqının hüquqlarını qətiyyətlə müdafiə etməkdə qərarlıyıq

İran prezidenti Seyid İbrahim Rəisi nüvə razılaşmasına nail olmaq üçün yekun qərarın verilməsinin ABŞ-ın üzərinə düşən vəzifə olduğunu bəyan edərək, vurğulayıb: "Biz İranın və onun xalqının hüquqlarını qətiyyətlə müdafiə etməkdə qərarlıyıq".

İran prezidenti Seyid İbrahim Rəisi cümə axşamı Qətərin Əl-Cəzirə televiziyasına müsahibəsində deyib: "İrana qarşı sanksiyaların ləğvi müvafiq "zəmanətlər"lə müşayiət olunmalıdır və danışıqların davam etməsi üçün İran və MAQATE arasında "təhlükəsizlik məsələləri" həll edilməlidir".

O, əlavə edib: "Qərb bizdən nüvə fəaliyyətlərimizi dayandırmağı tələb etməzdən əvvəl bu tələbi kütləvi qırğın silahlarına malik olan sionist rejimə qarşı irəli sürməlidir".

Prezident Rəisi danışıqlar zamanı İranın və onun xalqının hüquqlarını qətiyyətlə müdafiə etməkdə qərarlı olduqlarını bəyan edərək, İran və ABŞ arasında birbaşa danışıqların ehtimalı ilə bağlı deyib: "Nüvə anlaşması ilə bağlı ABŞ ilə birbaşa danışıqların heç bir faydası yoxdur və ABŞ etimad yaradan tədbirlər görməlidir".

Rəisi sözlərinin davamında Vaşinqtonun İrana qarşı tətbiq etdiyi bir sıra yeni sanksiyaları da tənqid edərək, "Əgər Vaşinqton razılaşma istəyirsə, nüvə danışıqları zamanı niyə yeni sanksiyalar tətbiq edir?"sualını verib.

O, daha sonra Tehran və Ər-Riyad arasındakı danışıqlara toxunub və deyib: "Səudiyyə Ərəbistanı ilə danışıqlar davam edir. Biz danışıqların beş raundu keçirmişik və bundan sonra da davam edəcəyik". 

İran prezidenti həmçinin, xarici qüvvələrin regionda mövcudluğu ilə bağlı deyib: "Xarici qüvvələr regional işlərə müdaxiləni dayandırsalar, regionun problemləri həll oluna bilər".

Rəisi İraqda baş verən hadisələrə toxunub və deyib: "Biz İraqda güclü bir hökumətin şahidi olmaqdan məmnun olarıq. İraqlılar amerikalıların ölkələrində olmasına icazə verməməlidirlər". 

İran prezidenti Avropa ölkələrinin İraq böhranı ilə bağlı İranla əlaqə saxladıqlarını bəyan edərək, əlavə edib: "Biz onlara bu məsələnin iraqlılara aid olduğunu söylədik". 

Prezident Rəisi Yəmən məsələlərinə də toxunub və bildirib ki, daimi atəşkəsin bərqərar edilməsi və danışıqların davam etdirilməsi üçün Yəmənin mühasirəsi aradan qaldırmalıdır.