Bütün İran qızlarını öz övladım hesab edirəm
-
Seyid İbrahim Rəisi
İran İslam Respublikasının prezidenti, mərhumə Məhsa Əmininin ailəsi ilə telefon əlaqəsində bu ailənin kədərilə bölüşüb, onlara səbir diləyibdir.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Səqqez şəhərindən olan gənc qız Məhsa Əmini bir neçə gün bundan öncə Tehranın əxlaq təhlükəsizliyi polisi mərkəzində beyin ölümü keçirib və bir gün sonra paytaxtda yerləşən Kəsra xəstəxanasında dünyasını dəyişib.
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi qeyd olunan telefon əlaqəsində deyib: Mən Özbəkistana səfər zamanı bu hadisədən xəbər tutdum və dərhal əməkdaşlarıma göstəriş verdim ki, məsələnin araşdırılmasını özəl formada iş gündəminə daxil etsinlər.
Bütün İran qızlarını öz övladı hesab etdiyini vurğulayan ölkə prezidenti əlavə edib: Sizin qızınız mənim öz qızım kimidir və mənə elə gəlir ki, bu hadisə mənim əzizlərimdən birinin başına gəlibdir. Məni öz müsibətiniz və qəm-kədərinizə şərik bilin.
Bu telefon söhbətində mərhumə Məhsa Əmininin ailəsi də öz növbəsində ölkə prezidentinin hadisəyə baxılmaq üçün təcili göstəriş verməsi, həmçinin onlara zəng edib, kədərləri ilə bölüşməsinə görə, təşəkkür edib, mövzünün miqyasının aydınlaşmasınadək məsələnin təqib olunmasını istəyibdir.
İranın daxili işlər naziri Əhməd Vəhidi də Məhsa Əmininin vəfatı ilə bağlı bir televiziya söhbətində deyibdir ki, mövzu ciddi şəkildə təqib olunmaqda və məsələnin bütün cəhətləri diqqətlə araşdırılmaqdadır.