Sen 24, 2022 13:32 Asia/Baku
  • İran XİN sözçüsü aparteid rejimin baş nazirinin açıqlamalarına münasibət bildirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin müvəqqəti baş nazirinin BMT-dəki boşboğazlığına reaksiyada, deyib: "İran sübut edib ki, istənilən təcavüzə dəhşətli cavab verməkdən çəkinməyəcək".

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin müvəqqəti baş naziri Yair Lapid cümə axşamı BMT Baş Assambleyasında İran İslam Respublikasına qarşı iddialarını təkrar edərək, Təl-Əvivə qarşı "nüvə təhlükəsi"nin olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani əlavə edib: "Dünyanın 1 nömrəli terror rejiminin baş naziri uğursuz sələfini təqlid edərək, nifrət yaymaq və İran xalqını təhdid etmək üçün BMT Baş Assambleyası tribunasından sui-istifadə etdi; Bu, onların dünyanı təhdid və şantaj etmək üçün adi üsuludur".

İranın diplomatiya aparatının sözçüsü sentyabrın 12-də jurnalistlərlə həftəlik görüşündə sionist rejimin İranın nüvə proqramı ilə bağlı agentliyə yeni məlumatlar təqdim etdiyi iddiası ilə bağlı deyib: "Bu rejim heç vaxt danışıqlar prosesində konstruktiv rol oynamayıb və onun dağıdıcı rolu həmişə aydın olub".

Teqlər