Eslami: Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti tərəfsiz və peşəkar olmalıdır
https://azeri.sahartv.ir/news/İran-i393524-eslami_beynəlxalq_atom_enerjisi_agentliyinin_nəzarəti_tərəfsiz_və_peşəkar_olmalıdır
İranın Atom Enerjisi Təşkilatının rəhbəri deyib: "İran Beynəlxalq Atom Enerjisi Agentliyindən hesabat, monitorinq və yoxlamalarını qərəzsiz, peşəkarcasına və müstəqil şəkildə həyata keçirməsini gözləyir".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2022 17:01 Asia/Baku
  • Eslami: Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti tərəfsiz və peşəkar olmalıdır

İranın Atom Enerjisi Təşkilatının rəhbəri deyib: "İran Beynəlxalq Atom Enerjisi Agentliyindən hesabat, monitorinq və yoxlamalarını qərəzsiz, peşəkarcasına və müstəqil şəkildə həyata keçirməsini gözləyir".

Məhəmməd Eslami Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin 66-cı illik ümumi konfransında deyib: "İran Beynəlxalq Atom Enerjisi Agentliyindən bəzilərinin İrana qarşı köhnəlmiş ittihamları irəli sürməsinə imkan verməməsini gözləyir.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri qeyd edib ki, İrana qarşı saxta ittihamlarla bağlı iş 2015-ci ildə bağlanıb və müxtəlif bəhanələrlə yenidən açılmamalıdır.

Eslami vurğulayıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyi etibarsız mənbələrdən gələn əsassız məlumatlara istinad etməkdən çəkinməlidir və İslam Respublikası hər zaman konstruktiv qarşılıqlı fəaliyyətə hazırdır.