Bəzi mediaların qeyri-düzgün qənaəti
https://azeri.sahartv.ir/news/İran-i393546-bəzi_mediaların_qeyri_düzgün_qənaəti
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan yerli vaxtla çərşənbə axşamı günü BMT Baş Assambleyasının 77-ci sessiyasının macarıstanlı sədri Çaba Kroşi ilə görüşübdür ki, görüş məkanında qoyulmuş bayraq, Macarıstan ölkəsinə aid olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2022 09:55 Asia/Baku
  • Bəzi mediaların qeyri-düzgün qənaəti

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan yerli vaxtla çərşənbə axşamı günü BMT Baş Assambleyasının 77-ci sessiyasının macarıstanlı sədri Çaba Kroşi ilə görüşübdür ki, görüş məkanında qoyulmuş bayraq, Macarıstan ölkəsinə aid olubdur.

BMT protokoluna əsasən, BMT Baş Assambleyası sədrinin otağında bir BMT bayrağı, bir də həmin sədrin seçildiyi ölkəyə aid olan bayraq qoyulur. Bu bayraq illik surətdə və BMT Baş Assambleyası sədrinin dəyişməsilə əvəz edilir.

Macarıstan bayrağının İran İslam Respublikasının bayrağı ilə olan bəzi oxşarlıqlarına əsasən, bəzi medialar yanlış olaraq, qeyd olunan məkanda İran İslam Respublikası bayrağının yarmıçıq və tərsinə quraşdırıldığını zənn ediblər, halbuki bu bayraq Macarıstan ölkəsinə aid olubdur.