Qrossi agentliklə İran arasındakı danışıqların yenidən başlanmasından xəbər verib
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədrilə görüşündən və bu təşkilatla Tehran arasındakı danışıqların yenidən başlanmasından xəbər verib.
Rafael Qrossi bir tvittdə yazıbdır ki, Vyanada İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ilə görüşüb və bu görüşdə agentliyin bəzi nüvə təsisatlarına dair qarant məsələləri barədə Tehranla danışıqalarının bərpası ətrafında məşvərət edibdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru öz tvittində yazıb: Mühüm qarant mövzuları barədə şəffaflığın yaradılması üçün İranla danışıqlar bərpa edilibdir.
Qrossi bundan qabaq bu orqanın altmış altıncı ümumi konfransının açılışında etdiyi çıxışında iddia etmişdi ki: Agentliyin/ İranın nüvə anlaşması çərçivəsində nüvə öhdəliklərinə riayət etməsilə bağlı faktların yoxlanılması və nəzarət, ciddi şəkildə əlavə protokol da daxil olmaqla bu öhdəliklərin yerinə yetirilməsinin dayandırılması üzrə İranın qərarının təsiri altında olubdur.
İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri bazar ertəsi günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada keçirilən altmış altıncı illik ümumi konfransında deyibdir ki, MAQATE-nin/ öz etibarını qorumaq üçün bəzi ünsürlərin İrana qarşı köhnə ittihamlar irəli sürmələrinə icazə verməyəcəyini gözləyir.
İslaminin sözlərinə görə, boş ittihamlar işi 2015-ci ildə bağlanıb və hazırda müxtəlif bəhanələrlə yenidən açılmamalıdır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin/ etimadolunmaz mənbələrin əsassız məlumatlarına söykənməkdən uzaq durması vacibliyinə təkid edən İslami bildiribdir ki, İran İslam Respublikası daima konstruktiv anlaşmaya hazırdır.