Kənani: İran və ABŞ BMT BAŞ Assambleyası çərçivəsində mesaj mübadiləsi aparıb
https://azeri.sahartv.ir/news/İran-i393734-kənani_İran_və_abŞ_bmt_baŞ_assambleyası_çərçivəsində_mesaj_mübadiləsi_aparıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, sentyabr ayında Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci iclası çərçivəsində Tehran və Vaşinqton arasında bəzi mesajlar mübadilə edilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 03, 2022 10:29 Asia/Baku
  • Kənani: İran və ABŞ BMT BAŞ Assambleyası çərçivəsində mesaj mübadiləsi aparıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, sentyabr ayında Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci iclası çərçivəsində Tehran və Vaşinqton arasında bəzi mesajlar mübadilə edilib.

SəhərAzəri-nin məlumatına əsasən, həftəlik mətbuat konfransında jurnalistlərə açıqlama verən Nasir Kənani BMT Baş Assambleyasının sanksiyaların aradan qaldırılması ilə bağlı danışıqlar üçün yaxşı fürsət olduğunu bildirib və deyib: "Avropa koordinatoru və qonşu ölkələrin bəzi xarici işlər nazirləri vasitəsilə İran və ABŞ sessiyanın kənarında mesaj mübadiləsi aparıblar". 

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, İran əlverişli nəticə əldə etmək üçün nüvə danışıqlarında yaxşı, sabit və güclü razılaşma əldə etməkdə qərarlıdır və Avropa İttifaqının təklif etdiyi mətnə ​​aydın cavab verib.

Kənani həmçinin bu mətbuat konfransında fələstinli uşaqlarla həmrəylik gününü əziz tutaraq, deyib: "Sionist rejim indiyədək 2 min 230 uşağı şəhid edib ki, bu da bu günün qeyd olunmasının vacibliyini göstərir.