Okt 03, 2022 18:58 Asia/Baku
  • İraqın şimalında terrorçuların mövqeləri yüksək dəqiqliklə vurulub

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın quru qoşunlarının komandanı, SEPAH-ın İraqın şimal bölgəsində separatçı terror qruplaşmalarının qərargahına artilleriya hücumlarına toxunaraq, vurğulayıb: "Bir neçə bölgədə təxminən 40-a yaxın hədəfi 70-dən çox raket və onlarla kamikadze PUA-sı ilə vurduq. Bu 99 faiz dəqiqliklə müşayiət olunurdu.

SəhərAzəri-nin məlumatına görə, general Məhəmməd Pakpur əlavə edib: "Komulə və demokratların separatçı ünsürləri ötən illərdə İrana qarşı hərəkətlər etmişdilər. Beləki, ölkə daxilində terror əməliyyatları həyata keçirmək üçün qruplar göndərmişdilər, lakin bu qrupların əksəriyyəti İran İslam Respublikası ərazisinə daxil olduqdan sonra müəyyən və məhv edilib"

General Pakpur əlavə edib: "Yuxarıda qeyd olunan hərəkətlərə görə biz mütəmadi olaraq Şimali İraq bölgəsinin rəsmilərinə etiraz notası göndərdik, bəzi bölgə rəsmilərini çağırdıq, Şimali İraqa nümayəndə heyətləri göndərdik və bu insanlara öz etirazımızı bildirdik".

SEPAH-ın quru qoşunlarının komandanı, həmçinin deyib: "İranın dostu və qonşusu kimi tanınan bir ölkə məqsədi İran İslam Respublikasına zərbə vurmaq olan separatçı və terrorçu ünsürləri qəbul edə bilməz".

Teqlər