Okt 04, 2022 12:34 Asia/Baku
  • Kənani: Bayden ABŞ-ın insan hüquqları keçmişi haqqında düşünsün

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin müdaxiləçi bəyanatına reaksiyada, Co Baydenə humanitar jestlər etməzdən əvvəl öz ölkəsinin insan haqları fonu haqqında düşünməyi tövsiyə edib.

 SəhərAzəri-nin məlumatına əsasən, Vaşinqtonun müdaxiləçi siyasətlərinin davamında ABŞ prezidenti Co Bayden bir bəyanatda İranda baş verən son hadisələrə münasibət bildirib.

Amerika və Qərb ölkələrinin insan haqları ilə bağlı ikili siyasətləri var.

Onlar öz ölkələrinin xalqına və dünya ictimai rəyinə cavab verməkdən qaçmaq üçün həmişə Qərbin hökmranlığına qarşı çıxan ölkələrdə insan haqlarının vəziyyətini şübhə altına alırlar.

"İRNA"nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü özünün şəxsi Tviter səhifəsində Amerikanın insan haqları haqqında yazıb: "İllərdir ki, dünya xalqı Fələstində, Əfqanıstanda, İraqda, Yəməndə, Liviyada, Suriyada və hətta ABŞ-da Amerika insan haqlarının əsl və maskasız simasının şahidi olurlar". 

O, prezident Baydenə humanitar jestlər etməzdən əvvəl ABŞ-ın insan haqları vəziyyəti haqqında bir az düşünməyi tövsiyə edib, lakin əlavə edib ki, ikiüzlülük barədə düşünmək lazım deyil.

İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, ABŞ prezidenti hər hansı bir xalqa qarşı tətbiq edilməsi bəşəriyyətə qarşı cinayətin bariz nümunəsi olan İran xalqına qarşı saysız-hesabsız və ABŞ Administrasiyasının etiraf etdiyi kimi, görünməmiş və iflicedici sanksiyalardan narahat olmalıdır.

Teqlər