İngiltərənin İrandakı səfiri İİR XİN-ə çağırdırılıb
https://azeri.sahartv.ir/news/İran-i393803-İngiltərənin_İrandakı_səfiri_İİr_xİn_ə_çağırdırılıb
İngiltərənin İrandakı səfiri İran xarici işlər nazirliyinə çağırtdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2022 10:53 Asia/Baku
  • İngiltərənin İrandakı səfiri İİR XİN-ə çağırdırılıb

İngiltərənin İrandakı səfiri İran xarici işlər nazirliyinə çağırtdırılıb.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə xarici işlər nazirliyi başçılarının müdaxilə mahiyyətli sözlərinə reaksiyada bu ölkənin İrandakı səfiri Saymon Şerkliffi dünən İran xarici işlər nazirliyinə çağırtdırılıb.

Məhsa Əmininin vəfatı bəhanəsilə son günlər iğtişaşçı ünsürlər əks-inqilabçı mediaların təhriklərilə İranın bəzi şəhərlərində küçələrə çıxmaqla ictimai əmlakı dağıtmağa başlayıblar.

Amerika və Qərb hökumətləri son günlər asılı medialarla paralel surətdə iğtişaşlar haqda yalan xəbər və məlumatlar yayıblar.

İran xarici işlər nazirliyinin Qərbi Avropa şöbəsinin müdiri İngiltərənin İrandakı səfiri Saymon Şerklifflə görüşdə deyib: İran İslam Respublikası İngiltərə xarici işlər nazirliyinin saxta və təhrikedici təbirlərlə İranın daxili işlərinə qarışmasını rədd edir və qətiyyətlə pisləyir.

İran xarici işlər nazirliyinin Qərbi Avropa şöbəsinin müdiri əlavə edib: İngiltərə tərəfi birtərəfli və seçimli bəyanatlar verməklə göstərir ki, əslində bu ölkədə İran İslam Respublikasına qarşı fəaliyyət göstərən əks-inqilabçıların ssenariyaratmalarında paya malikdir.

İran xarici işlər nazirliyinin Qərbi Avropa şöbəsi müdirinin sözlərinə görə, İran İslam Respublikası ingiltərəli tərəfin hər hansı qeyri-adi hərəkətinə qarşılıqlı cavab istiqamətində mümkün olan seçimləri nəzərdə tutacaqdır.