Avropalılar sanksiya etməyin də xərc tələb etdiyini başa düşüblər
İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Budapeştdə Macarıstan şirkətlərinin müdirləri, həmçinin bu ölkədəki iqtisadi fəallardan bir qrupu ilə görüşdə Avropada müharibənin davam etməsi və dünyanın bu bölgəsində enerji təhlükəsizliyinin xətərə düşməsinə işarə ilə deyib: Avropadakı müharibənin təsirləri sübut etdi ki, sanksiya ikitərəfli ülgücdür və onun nəticələri sanksiya edənlərin özlərini də bürüyəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Əli Baqiri sonra deyib: İllər boyu elə zənn edilirdi ki, İran kimi ölkələr sanksiya olmağın xərcini ödəməlidirlər, amma hazırda avropalılar sanksiya etməyin də xərc tələb etdiyini başa düşüblər. Əgər onlar öz birtərəfli siyasətlərini yenidən nəzərdən keçirməzlərsə, enerji təhlükəsizliyinin xətərə düşməsi və inflyasiyanın artması ilə sanksiya tətbiq etməyin xərcini ödəməyə məcburdurlar.
Baqiri sonra belə qeyd edib: İran İslam Respublikası digər enerji təqdimatçılarının kənarında bazara enerji təhlükəsizliyinin qayıtması üçün özünün hazırkı və potensial imkanlarını paylaşmağa hazırdır.
Macarıstan şirkətlərinin müdirləri, həmçinin bu ölkədəki iqtisadi fəallar da bu görüşdə İranın iri ticari-iqtisadi bazarında daha fəal iştiraka hazır olduqlarını bildiriblər. Qeyd ediblər ki, su müdiriyyəti, dərman, kənd təsərrüfatı və enerji sektorları xüsusiyyət təşkil etməklə bütün sahələrdə iki ölkə arasında ikitərəfli əməkdaşlıqlar üçün yaxşı zəminlər mövcuddur.
İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini həmçinin Macarıstan parlamentinin xarici siyasət komissiyasının sədri Jülyet Nemet ilə görüşüb. O, Avropada müharibənin baş verməsini nəinki Avropa ölkələri arasındakı gərginliyin şiddətlənməsi amili, həm də beynəlxalq qida və enerji təhlükəsizliklərini hədələyən amil adlandırıb.
Baqiri deyib: İran ilə Macarıstanın müharibə ilə müxalifətdəki eyni mövqelərinə, həmçinin İranın Rusiyanın, Macarıstanın isə Ukraynanın qonşusu olmasına görə, Avropadakı cari prosesin silahlı qarşıdurmadan dialoq masasına istiqamət götürməsinə səy göstərmək lazımdır.