Xəzəryanı ölkələrin 2-ci iqtisadi forumunun nəticələri
Xəzər dənizi sahili ölkələrinin 2-ci iqtisadi forumu İran İslam Respublikasının birinci vitse-prezidenti və dörd digər sahilyanı ölkənin baş nazirlərinin iştirakı ilə Moskvada işini başa vurub. Forumun konkret nəticə və nailiyyətləri olub.
Səfər otuz saatdan az bir müddət sürsə də, onun nəticələri İranla xəzəryanı ölkələr arasındakı iqtisadi əməkdaşlıqların gələcəyini uzun illər üçün təzmin edibdir.
Xəzər dənizi sahili ölkələrinin 2-ci iqtisadi forumu həmçinin İranın iqtisadiyyat, neft, kənd təsərrüfatı cihadı nazirləri, habelə xarici işlər, eləcə də sənaye, mədən və ticarət nazirlərinin müavinləri üçün iki və çoxtərəfli məşvərət və müzakirələr aparmaq istiqamətində bir fürsət idi.
Enerji, həmçinin neft və qaz svopu sahələrində əməkdaşlıq məsələsi bu ölkələrin əksəriyyətilə razılaşmaların əldə olunduğu mühüm mövzulardan biri olub. Həmçinin neft və qaz yataqlarının genişləndirilməsi məsələsi də xüsusi diqqətdə saxlanılıb.
Qida təhlükəsizliyi məsələləri və kənd təsərrüfatı imkanlarından istifadə, beş xəzəryanı ölkə arasındakı həmkarlıqların mühüm məsələrindəndir.
Rusiya və digər xəzəryanı ölkələrlə gömrük, bank və pul sahələrindəki razılıqlar, eləcə də şimal-cənub dəmiryolu dəhlizinin başa çatdırılmasına təkid, Xəzər iqtisadi forumunun digər nailiyyəti olub.
Yekunlaşdırmanı beş sahədə təqdim etmək olar. Birincisi, şimal-cənub koridoru icrasının sürətləndirilməsi. İkincisi, neft və qaz svopunun artırılması. Üçüncüsü, yaşıl gömrük marşrutundan istifadə. Dördüncüsü, milli valyutalarla hesablaşma və bank sistemlərinin bir-birilərilə qovuşmaları. Beşincisi isə, ticarət həmkarlıqları şurasının yaradılması.