İran mədəndə baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib
Okt 16, 2022 07:47 Asia/Baku
İran Türkiyədə mədəndə baş verən partlayışda həyatını itirənlərin ailələrinə başsağlığı verib.
SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bir neçə mədənçinin ölümü və yaralanması ilə nəticələnən mədən partlayışı ilə bağlı həlak olanların ailələrinə, Türkiyə xalqına və hökumətinə başsağlığı verib.
Türkiyədə cümə günü mədəndə baş verən partlayışda 40 şaxtaçı ölüb, 11 nəfər yaralanıb, rəsmi məlumatlara görə, 15 mədənçi hələ də dağıntılar altında qalıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həlak olanlara Allahdan rəhmət və onların ailələri və yaxınlarına səbr diləyib, yaralıların isə tezliklə sağalmasını arzulayıb.
Teqlər