SEPAH-ın Quru Qoşunları Araz bölgəsində hərbi təlim keçirəcək
İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Quru Qoşunlarının yaxın günlərdə Şərqi Azərbaycan vilayətinin şimalındakı Araz bölgəsində təlim keçirəcəyi açıqlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, SEPAH-ın Quru Qoşunlarının komandanı briqada-generalı Məhəmməd Pakpur mövzu ilə bağlı verdiyi açıqlamada, deyib: "Qarşıdakı günlərdə SEPAH-ın Quru Qoşunları ölkənin şimal sərhədlərindəki Araz bölgəsinin ümumi ərazisində genişmiqyaslı hərbi təlim keçirəcək. Təlimə regional Aşura qərargahı komandanlıq edəcək".
Məhəmməd Pakpur bildirib ki, hərbi təlim illik təqvimə uyğun olaraq, SEPAH-ın Quru Qoşunlarının döyüş hazırlığının artırılması və yoxlanılması məqsədilə keçirilir.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları 100 mindən çox aktiv şəxsi ilə SEPAH-ın əsasını təşkil edən 5 alt qrupdan biridir.