İrandan Baydenin açıqlamalarına sərt reaksiya
https://azeri.sahartv.ir/news/İran-i394141-İrandan_baydenin_açıqlamalarına_sərt_reaksiya
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinə xitabən deyib: "ABŞ bulanıqlı sularda balıq tutmağa öyrəşib; Amma unutmayın bura İrandır, başıuca kişi və qadınların yurdudur".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2022 13:02 Asia/Baku
  • İrandan Baydenin açıqlamalarına sərt reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinə xitabən deyib: "ABŞ bulanıqlı sularda balıq tutmağa öyrəşib; Amma unutmayın bura İrandır, başıuca kişi və qadınların yurdudur".

Nasir Kənani öz instaqram səhifəsində İrandakı son iğtişaşlar fonunda ABŞ prezidenti Co Bayden müxadiləşi bəyanatlarına reaksiyada yazıb: "Nə Baydenin açıqlamaları, nə də Amerikanın müdaxilələri bizi təəccübləndirmir. Çünki müdaxilə, təcavüz və insanların öldürülməsi Amerika sisteminin əsl mahiyyətidir. Amma İran xalqı tarixin dərinliklərində kök salıb". 

"Etibarlı məsləhətçiləri və yaxşı yaddaşı olmadığı üçün ona xatırladıram ki, İran ABŞ-ın qəddar sanksiyalarına və boş təhdidlərinə təslim olmayacaq qədər güclü və möhkəmdir", - deyə Kənani əlavə edib.

İranda son hadisələrin başlanğıcından bəri prezident Bayden dəfələrlə İrandakı iğtişaşları müdaxiləçi ifadələrlə dəstəkləyib.

ABŞ prezidenti Co Bayden şənbə günü verdiyi açıqlamada iranlıların Məhsa Əmininin ölümünə göstərdiyi reaksiyadan "təəccübləndiyini" bildirib.

Bayden, həmçinin etirazların "çox, çox uzun müddət sönməyəcək bir şeyi oyandırdığını" iddia edib.