Baydenin sözləri Amerikanın iç üzünü göstərdi
İran İslam Respublikasının prezidenti Amerikanın son fitnəsinə reaksiyada deyib: Amerika prezidentinin İranda əmin-amansızlıq, terror və iğtişaşı himayə istiqamətindəki ifadələri bir daha onun insan hüquqlarını, təhlükəsizliyi və sülhü himayə iddiasının yalan olduğunu sübut etdi.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika prezidenti Co Bayden bir bəyanatda bildirib ki, iranlıların Məhsa Əmininin ölümünə olan reaksiya tərzindən heyrətlənibdir.
Bayden həmçinin iddia edibdir ki, bu aksiyalar uzun müddət sönməyəcək bir məsələni oyadıbdır.
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi nazirlər kabinetinin dünənki iclasında bildiribdir ki, regiondakı əksər iğtişaş, terror və təxribatlarını köklərini axtardıqda Amerikanın rolu və fitnəsini tapmaq olar.
O, söyləyib: Yetmiş il sionistlərin Fələstindəki cinayətini himayə, həmçinin iyirmi il amerikalıların özlərinin Əfqanıstandakı təcavüz və militarizmi, böyük şeytanın hərəkətlərinin nümunələridir.
«Amerikalılar İran xalqının hər hansı yaxşı, yenilikçi və yaradıcı hərəkətindən hiddət,/ İrandakı çatışmazlıq, problem və əmin-amansızlıqlardan isə şadlıq və sevinc ifadə edirlər» -deyən Rəisi vurğulayıbdır ki, düşməni və onun hiylələrini yaxşı tanıyan İranın oyaq xalqı bu dəfə də onu öz hədəfinə çatmaqda nakam qoyacaq və inkişaf və tərəqqi yolunu qüvvət və izzətlə davam etdirəcək.
İran İslam Respublikasının prezidenti həmçinin möhkəm, müdafiəolunası, birlikyaradan sözlərlə cəmiyyətdə ümidin yaradılmasını nazirlər kabineti üzvlərinin əsas və mühüm vəzifə və tapşırığı adlandırıbdır.