Nüvə anlaşması dialoqları düzgün istiqamətdədir
https://azeri.sahartv.ir/news/İran-i394283-nüvə_anlaşması_dialoqları_düzgün_istiqamətdədir
İran İslam Respublikasının xarici işlər naziri dünən İrəvanda Ermənistan xarici işlər naziri ilə birgə mətbuat konfransında İrana qarşı qəddarcasına sanksiyaların ləğvi üzrə müzakirələrin son gedişatı barədə məlumat təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2022 10:48 Asia/Baku
  • Nüvə anlaşması dialoqları düzgün istiqamətdədir

İran İslam Respublikasının xarici işlər naziri dünən İrəvanda Ermənistan xarici işlər naziri ilə birgə mətbuat konfransında İrana qarşı qəddarcasına sanksiyaların ləğvi üzrə müzakirələrin son gedişatı barədə məlumat təqdim edib.

Bildirib ki, bütün tərəflərin nüvə anlaşmasına qayıdışı, həmçinin sanksiyaların ləğvi istiqamətindəki razılaşmanın yekun mərhələsinə çatmaq üzrə dialoq və mesajlar mübadiləsi düzgün istiqamətdədir.

Hüseyn Əmir-Abdullahiyan bu mətbuat konfransında sonra deyib: Amerikanın və bəzi avropalı ölkələrin son iğtişaşlarda tələsik, düşünülməmiş və müdaxilə mahiyyətli hərəkətlər etmələrinə rəğmən, razılaşmanın yekun nöqtəsinə çatmaq istiqamətində amerikalı tərəflə aparılan mesajlar mübadiləsi davam edir.

«Bu gün İranda hər şey öz təbii axarında cərəyan edir» deyən Əmir-Abdullahiyan əlavə edib: Amerikalı və avropalı tərəflərə xəbərdarlıq etdik ki, yanlış təhlillə İran İslam Respublikasında terrorçuları və iğtişaşçıları təhrik etməsinlər.

İran İslam Respublikasının xarici işlər naziri sonra vurğulayıb ki, İran dövləti iğtişaşçılar, silahlı şəxslər və terrorçuların hesablarını dinc tələbləri olan əhalidən tamamilə ayırıbdır.

Əmir-Abdullahiyan qeyd edibdir ki, İranda dinc tələblərlə bağlı heç kəs həbs olunmayıbdır.