2231 saylı qətnamədən hər hansı sui-istifadənin qarşısı alınsın
https://azeri.sahartv.ir/news/İran-i394285-2231_saylı_qətnamədən_hər_hansı_sui_istifadənin_qarşısı_alınsın
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İrəvani cümə axşamı günü bu təşkilatın baş katibi Antonio Quterreşə məktubda Kiyevin BMT ekspertlərinin Ukraynada süqut etmiş PUA-ların hissələrinin araşdırılması və onu BMT Təhlükəsizlik Şurasının İranın nüvə anlaşması barədəki 2231 saylı qətnaməsinin icrası ilə əlaqələndirmək üzrə təklifinin sözügedən qətnamə çərçivəsində istənilən hüquqi əsasa malik olmadığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2022 11:11 Asia/Baku
  • 2231 saylı qətnamədən hər hansı sui-istifadənin qarşısı alınsın

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İrəvani cümə axşamı günü bu təşkilatın baş katibi Antonio Quterreşə məktubda Kiyevin BMT ekspertlərinin Ukraynada süqut etmiş PUA-ların hissələrinin araşdırılması və onu BMT Təhlükəsizlik Şurasının İranın nüvə anlaşması barədəki 2231 saylı qətnaməsinin icrası ilə əlaqələndirmək üzrə təklifinin sözügedən qətnamə çərçivəsində istənilən hüquqi əsasa malik olmadığını bildirib.

Əmir-Səid İrəvani bu məktubda Ukraynanın İranın həmin ölkədə gedən cari müharibədəki tərəfsiz mövqeyini görməməzliyə vurmağı, həmçinin sübut edilməmiş informasiyalar əsasında yanlış mövqetutmalar və iddiaları davam etdirməsindən təəssüflənib.

İrəvani qeyd edib ki, Ukrayna 2231 saylı qətnamə və İran əleyhinə əsassız iddiaları əlaqələndirmək sahəsində siyasi məqsədlər güdür.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi sonra savaşda adi silahlardan istifadə məsələsinin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin B əlavəsilə əlaqəsi olmayan dəlillərə diqqət çəkib: Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin B əlavəsinin altıncı paraqrafında qeyd olunan məhdudiyyətlər 2020-ci ilin oktyabrında başa çatdı və o zamandan bəri İranın silah və onunla bağlı olan maddələrin digər ölkələrə satışı, köçürülməsi və ya təmini istiqamətindəki addımlarından heç biri 2231 saylı qətnamə altında olmayıbdır.

İrəvani Ukraynanın 2231 saylı qətnamənin B əlavəsinin dördüncü paraqrafı barədəki iddiasını da bu paraqrafın ruhu, həmçinin qətnamə barədə qeyri-düzgün və özbaşına bir şərh adlandırıb.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi vurğulayıb: 2231 saylı qətnamənin B əlavəsinin dördüncü paraqrafı nüvə silahına malik raket sistemlərinin inkişaf etdirilməsilə bağlı texnologiya, mal, təchizat, maddələr və sair məhdudiyyətlərə açıq şəkildə işarə edir.

İran İslam Respublikasının BMT-dəki yüksək vəzifəli diplomatı əlavə edib: Bununla əlaqədar da İran əsla, nə təminedici olub, nə də ki, nüvə silahlarının inkişafına kömək edəcək texnologiya, mal, təchizat, maddələr və sairlə təminetmə niyyətində deyil- xüsusən bunlara əsla ehtiyacı olmayan nüvə silahlarına malik dövlətlərlə bağlı.

İrəvani sonda BMT baş katibindən istəyibdir ki, Ukrayna savaşı ilə bağlı 2231 saylı qətnamədən hər hansı sui-istifadənin qarşısını alsın.