Okt 22, 2022 17:04 Asia/Baku
  • Prezident Rəisi: Ötən bir ildə İranda 40%-lik ixracat inkişafı olub

İran İslam Respublikasının prezidenti qırx faizlik ixracat inkişafını İranın iqtisadi fəallarının ixracatı genişləndirmək üzrə əzmkarlıqlarının nişanəsi adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün Tehranda keçirilən milli ixracat günü mərasimində deyib ki, İran İslam Respublikasının regionun iqtisadiyyatı, maliyyə və pul dövriyyəsi, həmçinin ticarət malı tranzitindəki payı üzərində işləmək lazımdır.

Rəisi əlavə edib: İranda istehsal və iqtisadi inkişaf infrastrukturları hazırdır və bu yolda mövcud olan bəzi maneələr aradan qaldırılmalıdır.

Ticarətin inkişaf etdirilməsi istiqamətində sərhəd bazarlarının fəallaşdırılmasına təkid edən İranın icra hakimiyyətinin başçısı söyləyib: İxracatçıların iqtisadi problemlərinin həlli, dövlətin əsas addımlarındandır və dövlət başçıları və İslami Şura Məclisinin üzvləri İranın neft və qeyri-neft istehsalı və ixracatına rövnəq verməkdə qərarlıdırlar.

İran İslam Respublikasının prezidenti qeyd edib ki, düşmən İran iqtisadiyyatının rövnəq tapmasını istəmir; elə buna görə də əmin-amansızlıq, çaxnaşma və iğtişaş yaratmağa dəstək verir.

Teqlər