İranın cənub şərqində bir tondan çox narkotik maddə aşkarlanıb
https://azeri.sahartv.ir/news/İran-i394423-İranın_cənub_şərqində_bir_tondan_çox_narkotik_maddə_aşkarlanıb
İranın Sistan və Bəlucistan vilayətinin polis komandirinin müavini ölkənin bu vilayətində bir tondan çox narkotik maddə aşkar edildiyini açıqlayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 25, 2022 09:52 Asia/Baku
  • İranın cənub şərqində bir tondan çox narkotik maddə aşkarlanıb

İranın Sistan və Bəlucistan vilayətinin polis komandirinin müavini ölkənin bu vilayətində bir tondan çox narkotik maddə aşkar edildiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına görə, Sistan və Bəluçistan vilayətinin Nizam-intizam qüvvələrinin komandir müavini Mürtəza Cokar deyib: "Ölkənin cənub-şərqində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstələrin hərəkətlərinə nəzarət etmək üçün polisin kəşfiyyat əməliyyatları ilə Sistan və Bəlucistan vilayətinin şimal və cənub bölgələrində həmin ərazilərdən ölkənin dərinliklərinə iri həcmli narkotik vasitələri daşımaq niyyətində olan silahlı ünsürlərin fəaliyyəti haqqında ipuçlar əldə edildi və nəzarət tədbirlərinin gücləndirilməsi gündəmə gətirildi.

Cokar əlavə edib: "12 nəqliyyat vasitəsi ilə narkotik maddə daşıyan silahlı qaçaqmalçılar İran polisinin komandoslarını gördükdə onlara tərəf atəş açıblar, zabitlər də dərhal lazımi mövqe və taktikanı tutaraq, buna qarşılıq veriblər və öz ağır atəşləri ilə materialları daşıyan maşınları saxlayıblar". 

Cokar qeyd edib ki, silahlı qaçaqmalçılar narkotik daşıyan avtomobilləri ətrafda buraxaraq, qaçıblar və ərazinin yüksəkliklərində aparılan təqiblər zamanı 6 qaçaqmalçı yaxalanıb, münaqişə zonalarının təmizlənməsi və müsadirə edilmiş avtomobillərə baxış zamanı ümumilikdə 1 ton 239 kiloqram narkotk maddə aşkar edilərək, götürülüb. 

Sanksiyalara baxmayaraq, İran İslam Respublikası ötən il dünyada ən çox narkotik müsadirə edən ölkə olub, min tondan çox narkotik maddə müsadirə edilib.

İran İslam Respublikası da dünyada narkotik ticarəti ilə mübarizədə 12 mindən çox qazi və şəhid verib.

BMT İranı narkotiklərlə mübarizənin bayraqdarı adlandırıb.