İran-Belarus razılaşmalarının reallaşmasının sürətləndirilməsinə təkid
https://azeri.sahartv.ir/news/İran-i394461-İran_belarus_razılaşmalarının_reallaşmasının_sürətləndirilməsinə_təkid
İran İslam Respublikasının prezidenti Belarusun xarici işlər naziri ilə görüşdə Tehranla Minsk arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2022 16:21 Asia/Baku
  • İran-Belarus razılaşmalarının reallaşmasının sürətləndirilməsinə təkid

İran İslam Respublikasının prezidenti Belarusun xarici işlər naziri ilə görüşdə Tehranla Minsk arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinə təkid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün Tehranda Vladimir Makey ilə görüşdə Səmərqənddə keçirilən Şanxay sammitinin kənarında Belarusun prezidentilə son görüşünə və əldə olunmuş razılaşmalara işarə ilə bu razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsi üzrə səyi zəruri adlandırıb.

İran İslam Respublikasının prezidenti sanksiyaların zərərsizləşdirilməsinin yollarından birini, müstəqil ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsi adlandırıb. Bildirib ki, sanksiyalar heç bir vəchlə bizi dayandırmayıb və dayandırmayacaq da.