Düşmənlərin fitnələri qarşısında sayıqlıq zərurətinə təkid
İranın üç hakimiyyət qüvvəsinin başçıları nüfuz etmiş ünsürlərin təfriqəsalma, nəhs fitnələri və əlbir planları ilə mübarizə, həmçinin düşmənlərin təhdidləri qarşısında daha artıq sayıqlıq zərurətinə təkid ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, İranın üç hakimiyyət qüvvəsi başçılarının iclası/ icra hakimiyyətinin başçısı- Seyid İbrahim Rəisi, qanunvericilik hakimiyyətinin sədri- Məhəmməd-Baqir Qalibaf və məhkəmə hakimiyyətinin sədri- höccətülislam vəlmüslimin Qulamhüseyn Mohseni-Ejeinin iştirakı ilə keçirilib.
İclasda İslami İranın anlayışlı və mövqe tanıyan xalqının dünya imperializmi ilə milli mübarizə günü mərasimindəki əzəmətli və nümunəvi iştirakı və milli həmrəyliyi elan etməsinə yüksək dəyər verən İranın üç hakimiyyət qüvvəsinin başçıları/ düşmənlərin təhdidləri qarşısında daha artıq sayıqlığı, həmçinin nüfuz etmiş ünsürlərin təfriqəsalma, nəhs fitnələri və əlbir planları ilə mübarizəni zəruri adlandırıblar.
İranda əmin-amansızlıq yaratma və iğtişaş amillərinin işlərinə baxılmasının sürətləndirilməsi və onların cəzalandırılması vacibliyi/ ölkənin icra, qanunvericilik və məhkəmə hakmiiyyətləri başçılarının təkid etdikləri digər mövzulardan olubdur.