Sionist rejim İranın raket gücündən qorxuya düşüb
Sionist rejim başçıları İranın yüksək raket qabiliyyəti və “Qaim-100” peykdaşıyıcısını kosmosa göndərməsindən nigarançılıq ifadə ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Şənbə günü İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmos qüvvələrinin komandanı briqada generalı-pasdar Əmir Əli Hacızadə və silahlı qüvvələrin məsul şəxslərindən bir qrupunun iştirakı ilə bərk yanacaqla işləyən “Qaim-100” peykdaşıyıcısında “Rafe” tipli birinci etap mühərrikinin suborbital uçuş sınağı uğurla həyata keçirilib.
Sionist rejim mediaları bu gün etiraf ediblər ki, bu rejimin başçıları “Qaim-100” peykdaşıyıcısının kosmosa göndərməsini İran İslam Respublikasının qüdrət nümayişi hesab edir və bu məsələdən son dərəcə narahatdırlar.
Bərk yanacaqla işləyən “Qaim-100” peykdaşıyıcısı bu yanacaq üzrə üç etapla səksən kiloluq peykləri yerdən beş yüz kilometrlik səviyyədə yerləşən orbitdə yerləşdirməyə qadir olacaq.