İİR İŞM üzvləri iğtişaşları təhrik edənlərlə qətiiyyətli rəftar edilməsini tələb ediblər
https://azeri.sahartv.ir/news/İran-i394805-İİr_İŞm_üzvləri_iğtişaşları_təhrik_edənlərlə_qətiiyyətli_rəftar_edilməsini_tələb_ediblər
İran İslam Şurası Məclisinin üzvlərindən 227 nəfər bir bəyanatda məhkəmə hakimiyyətinin iğtişaşları təhrik edənlərlə qətiiyyətli rəftar etməsini tələb edib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Noy 06, 2022 16:00 Asia/Baku
  • İİR İŞM üzvləri iğtişaşları təhrik edənlərlə qətiiyyətli rəftar edilməsini tələb ediblər

İran İslam Şurası Məclisinin üzvlərindən 227 nəfər bir bəyanatda məhkəmə hakimiyyətinin iğtişaşları təhrik edənlərlə qətiiyyətli rəftar etməsini tələb edib.

SəhərAzəri-nin məlumatına əsasən, Bəyanatda deyilir: Müxtəlif çevrilişlər, İran xalqına səkkizillik müharibənin icbar edilməsi, dünyanın qırxa yaxın ölkəsinin bəəsçi Səddama maliyyə və silah dəstəyi verməsi, cürbəcür fitnələrin törədilməsi, İran xalqını məhv etmək üçün iri büdcələrin ayrılması, dünyanın ən kəskin sanksiyalarının, hətta səhiyyə, dərman və tibbi avadanlıqlar sahəsində sanksiyaların tətbiq edilməsi, Amerika, qəsbkar İsrail rejimi və bəzi Qərb ölkələrinin başçılıqları altında düşmənlərin geniş cəhdlərinin bir hissəsi olubdur.

Bəyanatda sonra vurğulanır: Amma əziz İran xalqının müqaviməti hesabına Amerikaya və İranın digər düşmənlərinə ardıcıl məğlubiyyətlər nəsib olubdur.