Kənanidən Əliyevə cavab
https://azeri.sahartv.ir/news/İran-i394894-kənanidən_Əliyevə_cavab
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İran İslam Respublikasının Ermənistanı himayə etməsi barədəki son sözlərinə cavab olaraq söyləyib: Rəsmi Tehranın prinsipial siyasəti, bütün qonşularla dinc yanaşı yaşama və əlaqələrin genişləndirilməsi əsaslarına söykənir və qonşulardan hər biri ilə əlaqələrin gücləndirilməsi, “başqa bir qonşuya qarşı əlaqələr” anlamına gəlmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2022 11:09 Asia/Baku
  • Kənanidən Əliyevə cavab

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İran İslam Respublikasının Ermənistanı himayə etməsi barədəki son sözlərinə cavab olaraq söyləyib: Rəsmi Tehranın prinsipial siyasəti, bütün qonşularla dinc yanaşı yaşama və əlaqələrin genişləndirilməsi əsaslarına söykənir və qonşulardan hər biri ilə əlaqələrin gücləndirilməsi, “başqa bir qonşuya qarşı əlaqələr” anlamına gəlmir.

SəhərAzəri-nin məlumatına əsasən, “İki ilə yaxındır ki, Azərbaycan Respublikasının rəsmiləri siyasi, hərbi və təhlükəsizlik səviyyələrində müxtəlif rəsmilər səviyyəsində Ermənistanla iki və çoxtərəfli görüşlər keçirir və bir-birilərilə sabit barışıq və sülhə doğru addım atırlar ki, bu da İran İslam Respublikası tərəfindən himayə olunur”-deyə, Nasir Kənani xatırladıb. Qeyd edibdir ki, amma Azərbaycan Respublikası başçılarının qarşı ölkə ilə qonşuluq səviyyələrindəki adi görüşlərdən nigaran olmalarının səbəbləri dərkediləsi deyildir.

İran İslam Respublikasının/ Qarabağ bölgəsindəki iki şimal qonşusunun uzunmüddətli münaqişəsi qarşısındakı prinsipial siyasətinə işarə edən Nasir Kənani qeyd edib: Rəsmi Tehran daima beynəlxalq hüquq normaları çərçivəsində və bu hüquqlara riayətlə Ermənistan və Azərbaycan respublikaları arasındakı ixtilafların dinc yolla həlli və bu respublikaların ərazi bütövlüklərinin qorunmasına təkid edib; bu üzdən, Azərbaycan Respublikası ərazilərinin işğal olunmasını pisləyib və onların azad edilməsini ən yüksək səviyyələrdə himayə edibdir.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ermənistan-Azərbaycan Respublikası sərhədlərindəki son hərbi təlimləri proqramlaşdırılmış adi bir addım adlandırıb. Bildiribdir ki, bu təlimlər keçirilməzdən öncə rəsmi kanallar vasitəsilə də əlaqədar qonşuların diqqətinə çatdırılıbdır.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir daha vurğulayıb: Qafqaz problemlərinin həll istiqaməti, regionaşırı qüvvələrə müraciətdən deyil, region ölkələrinin paytaxtlarından keçir və İran İslam Respublikası bir daha iki şimal qonşusu arasında yerdə qalan məsələlərin ikitərəfli, üçtərəfli və Tehranda altıtərəfli regional təşəbbüs formalarında həllinə kömək üzrə hazırlığını elan edir.