İran Rusiya-Ukrayna savaşının bitməsi üçün rol oynamağa hazırdır
https://azeri.sahartv.ir/news/İran-i394907-İran_rusiya_ukrayna_savaşının_bitməsi_üçün_rol_oynamağa_hazırdır
İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb: İran dialoq yolu ilə Rusiya ilə Ukrayna arasında atəşkəs və sülh üçün istənilən təşəbbüsə dəstək verir və müharibənin bitməsi üçün rol oynamağa hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2022 18:11 Asia/Baku
  • İran Rusiya-Ukrayna savaşının bitməsi üçün rol oynamağa hazırdır

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb: İran dialoq yolu ilə Rusiya ilə Ukrayna arasında atəşkəs və sülh üçün istənilən təşəbbüsə dəstək verir və müharibənin bitməsi üçün rol oynamağa hazırdır.

SəhərAzəri-nin məlumatına əsasən, Öz rus həmkarı Nikolay Patruşevlə görüşdə regional və beynəlxalq böhranlara işarə edən Əli Şəmxani mövcud böhran və problemlərdən çıxış yolunu regional və qlobal əməkdaşlıqlar adlandırıb.

Hegemonçuluq sisteminin İran xalqına qarşı kombinə edilmiş müharibəsinin miqyaslarını dilə gətirən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Xüsusən qonşu ölkələrlə iqtisadi sahədə ikitərəfli və regional həmkarlıqların genişləndirilməsi, İranın strateji prioritetlərindən hesab olunur.

Nikolay Patreşev də Qərbin qanunsuz sanksiyalarına məruz qalan ölkələrin iştirakı ilə BMT Nizamnaməsi Müdafiəçilərinin Dostluq Qrupunun yaradılması üzrə iki ölkənin birgə layihəsinin izlənilməsinə təkidlə deyib: Qərb ölkələri, xüsusən Amerika, BMT Nizamnaməsini pozmaq və kombinə edilmiş müharibədən istifadə etməklə öz siyasi iradələrini müstəqil ölkələrə qəbul etdirmək ardıncadırlar.