Kənani Makronun anti-İran ünsürlərlə görüşünü pisləyib
https://azeri.sahartv.ir/news/İran-i394954-kənani_makronun_anti_İran_ünsürlərlə_görüşünü_pisləyib
Fransa prezidentinin anti-İran ünsürlərlə görüşünü pisləyən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu addımı, Fransanın zörakılıq və terrorizmlə mübarizə sahəsindəki beynəlxalq məsuliyyətlərinin biabırçı şəkildə pozulması adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2022 12:48 Asia/Baku
  • Kənani Makronun anti-İran ünsürlərlə görüşünü pisləyib

Fransa prezidentinin anti-İran ünsürlərlə görüşünü pisləyən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu addımı, Fransanın zörakılıq və terrorizmlə mübarizə sahəsindəki beynəlxalq məsuliyyətlərinin biabırçı şəkildə pozulması adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani deyib: Təəccübləndirici haldır ki, azadlıq iddiasında olan bir ölkənin prezidenti özünü aşağılamaqla, son aylar ərzində İran İslam Respublikasının xaricdəki diplomatik məkanları və diplomatlarına qarşı, eləcə də İran daxilində zorakı və terrorçu hərəkətləri və nifrətyaymanı açıq şəkildə qızışdırmağa çalışan mənfur və oyuncaq bir şəxslə görüşür.

İranın diplomatiya aparatının sözçüsü həmçinin bu şəxslərin başçıları olduqları üzdəniraq “inqilab”ı himayə etməsinə dair Makronun adından nəql edilən sözləri təəssüf və utanc mənbəyi adlandırıb və bu sözlərə kəskin şəkildə etiraz edibdir.