Belarusun baş naziri Tehranda İranın viste-prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i395224-belarusun_baş_naziri_tehranda_İranın_viste_prezidenti_ilə_görüşüb
İranın Birinci vitse-prezidenti Məhəmməd Möxbirr çərşənbə axşamı İranda səfərdə olan Belarusun baş naziri Roman Qolovçenkonu qarşılayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2022 14:42 Asia/Baku
  • Belarusun baş naziri Tehranda İranın viste-prezidenti ilə görüşüb

İranın Birinci vitse-prezidenti Məhəmməd Möxbirr çərşənbə axşamı İranda səfərdə olan Belarusun baş naziri Roman Qolovçenkonu qarşılayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Mərasim Tehranın şimalındakı Səədabad Tarixi Kompleksində keçirilib, hər iki ölkənin himnləri səsləndirildikdən sonra hər iki rəsmi fəxri qarovul dəstəsinin qarşısından keçib.

Daha sonra iki tərəf arasında rəsmi danışıqlar başlayıb.

Qolovçenko əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə etmək üçün çərşənbə axşamı ekoloji-siyasi nümayəndə heyətinin başçılığı ilə İranın paytaxtına gəlib.

Qolovçenkonu Tehranın qərbindəki Mehrabad hava limanına çatan kimi İranın sənaye, mədən və ticarət naziri Rza Fatemi-Əmin qarşılayıb.

Onun Tehrana səfəri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrda Özbəkistanda keçirilən sammiti çərçivəsində İran və Belarus prezidentlərinin əldə etdiyi razılıqdan sonra baş tutub.

İran Prezident Aparatının siyasi rəsmisinin sözlərinə görə, Qolovçenkonun bir günlük səfəri texnologiya, kənd təsərrüfatı, enerji, ticarət və tranzit sahələrində əlaqələrin genişləndirilməsinə dair danışıqlarafokuslanacaq.

 Onun səfər proqramına İran və Belarus iqtisadi qurumları arasında birgə iclasın keçirilməsi də daxildir.