Noy 29, 2022 17:18 Asia/Baku
  • Prezident Rəisi: İran İraqda vahid millətin, güclü hökumətin tərəfdarıdır

İran prezidenti çərşənbə axşamı İraqın baş naziri ilə görüşdə ölkəsinin qonşu İraqda vahid millət və güclü hökumətin tərəfdarı olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani İran İslam Respublikasının rəsmiləri ilə danışıqlar aparmaq üçün bu gün səhər siyasi və iqtisadi nümayəndə heyətinin başında Tehrana gəlib.

Seyid İbrahım Rəisi bu görüşdə İraqda siyasi sabitlik və yeni kökumətin qurulmasından məmnunluq ifadə edərək, bildirib ki,Tehran müxtəlif iqtisadi, ticarət, mədəni və təhlükəsizlik sahələrində Bağdadla əlaqələri daha da genişləndirməkdə qərarlıdır.

İranın İraqla əlaqələrinin müstəsna olduğunu qeyd edərək, iki qonşu ölkə arasında əlaqələrin daha da genişləndirilməsinin regionda və qlobal miqyasda sülh və sabitliyin təşviqinə səbəb olacağına ümid etdiyini bildirib.

İraqın baş naziri də öz növbəsində yeni İraq hökumətinin qurulmasından bir ay sonra İrana baş tutan səfərindən məmnunluğunu ifadə edib.

Əl Sudani İranın İraqla qarşılıqlı əlaqələrini yüksək qiymətləndirib və qeyd edib ki, iki ölkə arasında ikitərəfli münasibətlər məqbul şəkildə inkişaf edir.

O, İran-İraq müştərək əməkdaşlıq komissiyasının rolunu vurğulayaraq, komissiyanın müntəzəm iclaslarının keçirilməsini istəyib.

Teqlər