ABŞ hökuməti və qərbli iddiaçılar insan vicdanı məhkəməsində məhkumdurlar
https://azeri.sahartv.ir/news/İran-i395451-abŞ_hökuməti_və_qərbli_iddiaçılar_insan_vicdanı_məhkəməsində_məhkumdurlar
İran İslam Respublikası Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: Amerika hökuməti və bir çox qərbli iddiaçılar insan hüquqlarının pozulması üzrə utancgətirici keçmişlərinə görə, insan vicdanı məhkəməsində məhkumdurlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2022 12:28 Asia/Baku
  • ABŞ hökuməti və qərbli iddiaçılar insan vicdanı məhkəməsində məhkumdurlar

İran İslam Respublikası Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: Amerika hökuməti və bir çox qərbli iddiaçılar insan hüquqlarının pozulması üzrə utancgətirici keçmişlərinə görə, insan vicdanı məhkəməsində məhkumdurlar.

Nasir Kənani dünən axşamçağı bir tvittdə yazıb: Xalqlara qarşı cinayətlər törədənlər, həmçinin işğalçı, terrorçu və rasist sionist rejimin hərtərəfli himayədarları, bu sahədə başqalarının hərəkətləri və insan hüquqları fenomeni barədə fikir bildirmək kimi əxlaqi səlahiyyətə malik deyillər.

İran Xarici işlər Nazirliyinin sözçüsü əlavə edib: İnsan hüquqları, müqəddəs bir anlamdır və İran İslam Respublikası onun yüksəldilməsini islami, insani, qanuni və əxlaqi bir zərurət hesab edir.

Kənani sonra bildirib: İnsan hüquqlarını pozanlar yaxşı olardı ki, özlərinin uitancgətirici hərəkətlərinə nəzər salmaqla insan haqlarından siyasi və vasitə kimi istifadədən əl çəksinlər.

Kənani sonda vurğulayıb: Amerika hökuməti və bir çox qərbli iddiaçılar insan hüquqlarının pozulması üzrə utancgətirici keçmişlərinə görə, insan vicdanı məhkəməsində məhkumdurlar