Səssizlərin səsi olmaqda davam edəcəyik
İngilisdilli Press TV informasiya kanalı bir bəyanatda bu telekanalın Eutelsat peykindən yayımının kəsilməsini pisləyib. Vurğulayıb ki, Press TV səssizlərin səsi olmaqda davam edəcək və bu etapı da öz fəaliyyətləri üçün yeni fürsətə çevirəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Birliyinin cari milad ili noyabr ayının on dördündə aşkarcasına atdığı anti-İran addımda ingilisdilli Press TV informasiya kanalına sanksiya tətbiq etməsindən sonra fransız Eutelsat peyk şirkəti bu kanala kəsilmə xəbərdarlığıgöndərib.
İngilisdilli Press TV informasiya kanalı dünən bu bəyanatda bildirib ki, Eutelsat-in və ilk növbədə Avropa Birliyinin düşmənçilik hərəkəti, İran xalqının ingilisdilli media mühitindəki yeganə səsini kəsmək üzrə görülmüş tədbirlər zəncirinin halqalarından biridir.
Bəyanatda daha sonra deyilir: Tvitterdən tutmuş Facebook, İnstaqram və YouTube-adək sosial paltformalarda istifadəçi
hesablarının bağlanması və hətta Press TV vebsaytının və “.com” şəbəkə domeninin Amerika ədliyyə nazirliyi tərəfindən ələ keçirilməsi , eləcə də bu telekanalın işçiləri və müdirlərinin Amerika maliyyə nazirliyi və Avropa Birliyi tərəfindən sanksiya olunmaları “media terrorizmi” işinin bir hissəsidir.