Xərrazi: “Hər bir halda atom bombası düzəltməyi haram bilirik”
https://azeri.sahartv.ir/news/İran-i395933-xərrazi_hər_bir_halda_atom_bombası_düzəltməyi_haram_bilirik
Aliməqamlı Rəhbərin müşaviri bəyan edib ki, İranın atom bombası düzəltməyə gücü var, amma bu həm də etiqad məsələsi olduğuna görə onu haram bilir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 19, 2022 14:33 Asia/Baku
  • Xərrazi: “Hər bir halda atom bombası düzəltməyi haram bilirik”

Aliməqamlı Rəhbərin müşaviri bəyan edib ki, İranın atom bombası düzəltməyə gücü var, amma bu həm də etiqad məsələsi olduğuna görə onu haram bilir.

İran İslam İnqilabının Ali liderinin müşaviri, ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi bu gün Tehranda üçüncü “Tehran Dialoq Forumu”nda çıxışı zamanı bildirib ki, İran İslam Respublikası nüvə texnologiyası sahəsində yüksək imkanlara sahibdir, günü-gündən uran yuxarı dərəcələrdə və daha çox inkişaf etdirilmiş sentrifuqa cihazları ilə zənginləşdirilir.

Xərrazi əlavə edib: “Bizim atom bombası düzəltməyə imkanımız olsa da, belə bir məqsədimiz yoxdur. Məsələn mən xarici işlər naziri olanda ara-sıra bəzi ölkələrin rəsmiləri xüsusilə də dost ərəb ölkələrinin rəsmiləri müzakirələr aparanda bizdən soruşurdular ki, sizin gücünüz və imkanınız ola ola niyə nüvə silahı istehsal etmirsiniz?. Bu heç də gizli deyil , ilk öncə deməliyəm k, bu etiqada bağlı bir məsələsidir və biz bunu haram hesab edirik. İkincisi, biz bu işi strateji cəhətdən problemləri həll edici yol kimi görmürük. Digər bir səbəbi isə, İran nüvə silahına doğru hərəkət etsə, regionda digər ölkələr də silahlanma yarışına çıxacaq və digərlərinin köməyi ilə nüvə silahı istehsal edəcəklər. Elə buna görə də, biz 90-cı illərdən regionun nüvə silahı olmayan bir bölgə olmasını istəyirik”, - deyə o vurğulayıb.