Rəsmi Tehran Ukrayna dövlətinin iddiasını absurd sayır
Kənani: İran Ukrayna müharibəsinin bir hissəsi deyil
İran XİN sözçüsü bu gün keçirilən mətbuat konfransında Ukrayna rəsmilərinin İranla bağlı son açıqlamalarına münasibət bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Ukraynada gedən müharibənin İrana aidiyyəti olmadığını vutğulayan Nasir Kənani deyib: “Ukrayna rəsmislərinin təhdid xarakterli ritorikasını məsuliyyətsiz addım hesab edirik. Bu kimi bəyanatların mənfi siyasi və hüquqi nəticələrinin Ukraynanın əleyhinə olacağını düşünürük. Yenidən təkrar edirik, İran Ukraynadakı müharibənin bir hissəsi deyil.”
O, Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyakın son açıqlamalarını məsuliyyətsiz addım adlandırıb.
Qeyd edək ki, Mixaylo Podolyak iki gün öncə tvitter səhifəsində İrandan Rusiyaya PUA-ların satıldığını və buna görə İranın zavodlarının hədəfə alınmasını istəyib.