İran Britaniya kəşfiyyatına bağlı yeddi nəfəri saxladığını bildirir
“Zaqros Şəbəkəsi”nin üzvləri ələ keçirilib
Dek 26, 2022 17:26 Asia/Baku
Sepah-ın Kəşfiyyat xidməti ilə İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyinin birgə, müvəffəqiyyətli əməliyyatı nəticəsində Britaniya tərəfindən birbaşa istiqamətləndirilən “Zaqros şəbəkəsi” qrupunun yeddi üzvü ələ keçirilib.
bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusu – Sepahın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, şəbəkə üzvləri ölkədə etiraz və iğtişaşlar zamaqnı təxribatda və sui-qəsddə ittihamlandırılıblar.
Saxlanılan şəxslərin bəzisi ikili vətəndaşlı olub və ölkədən qaçmaq istəyərkən ələ keçiblər.