Eslami: Ağır su törəmələri ilə dərman istehsal olunur
https://azeri.sahartv.ir/news/İran-i396139-eslami_ağır_su_törəmələri_ilə_dərman_istehsal_olunur
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: "Ağır su törəmələri ilə dərmanların istehsalı da Atom Enerjisi Təşkilatının gündəmindədir".
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 28, 2022 11:49 Asia/Baku
  • Eslami: Ağır su törəmələri ilə dərman istehsal olunur

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: "Ağır su törəmələri ilə dərmanların istehsalı da Atom Enerjisi Təşkilatının gündəmindədir".

"İRNA"nın məlumatına görə, Məhəmməd Eslami çərşənbə günü Nazirlər Kabinetinin iclası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada radioaktiv dərmanların istehsalını İran Atom Enerjisi Təşkilatının mühüm nailiyyətləri və əsas tədbirlərindən biri kimi qiymətləndirib və deyib: "Hər il  bir milyon xəstə bu dərmanlardan istifadə edir".

İranın Atom Enerjisi Təşkilatının rəhbəri dünyada yalnız İranın radio-dərman istehsal edən şirkətinin sanksiyaya məruz qaldığını bildirib və əlavə edib: "Bu məsələnin mühüm mesajı odur ki, insanların həyatının sanksiyaçılar üçün heç bir dəyəri yoxdur və onlar davamlı olaraq, sanksiya tətbiq edirlər və əgər İranda nüvə yanacağı dövrü olmasaydı, radio-dərmanların istehsalı mümkün olmazdı.

Eslami, həmçinin qarşı tərəflərin İrana qarşı zalımcasına sanksiyaların ləğvi ilə bağlı danışıqları bərpa etmək istəyini açıqlayıb.