“Azərbaycanla İran arasında anlaşılmazlıqlar aradan qaldırıldı”
https://azeri.sahartv.ir/news/İran-i396482-azərbaycanla_İran_arasında_anlaşılmazlıqlar_aradan_qaldırıldı
İran İslam Şurası Məclisinin sədri Azərbaycan Respublikası ilə anlaşılmazlıqların aradn qalxdığını bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 10, 2023 08:14 Asia/Baku
  • Qalibaf
    Qalibaf

İran İslam Şurası Məclisinin sədri Azərbaycan Respublikası ilə anlaşılmazlıqların aradn qalxdığını bildirib.

Tehran Hava Limanında mətbuata açıqlamasında Türkiyədə Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdüyünə toxunaraq deyib: “Son zamanlarda Azərbaycanla bəzi anlaşılmazlıqlar yaranıb ki, bu məsələlər də aradan qaldırıldı. Gələcəkdə Bakıya səfərim olacaq.”

Qalibaf əlavə edib ki, iclas çərçivəsində Azərbaycan və Türkiyə parlamentlərinin rəhbərləri ilə ikitərəfli və üçtərəfli görüşləri olub. Görüşlərdə üç ölkə arasında nəqliyyat, enerji və tranzitlə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasında İlham Əliyevin İranla bağlı təxribat xarakterli açıqlamalarının ardınca bu ölkə mediaları o cümlədən də dövlət televiziyası qonşu dövlətə qarşı qara-piar kampaniyasını genişləndirdilər və yaranan vəziyyəti sionist rejim nümayəndələri qızışdırmağa imkan tapdılar. Hazırda Qalibafın xoşməramlı açıqlamasından sonra top Əliyevin meydanındadır. İlk olaraq Azərbaycan hakimiyyətinin biabırçı median cilovlaması təvəqqe edilir. Bununla da üçüncü qüvvələrin təsiri altından çıxmağın vaxtı gəlib çatmışdır.