Son görüşlər anlaşılmazlıqların aradan qaldırılmasına kömək edib
https://azeri.sahartv.ir/news/İran-i396514-son_görüşlər_anlaşılmazlıqların_aradan_qaldırılmasına_kömək_edib
İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, Türkiyədə Azərbaycan və İran Parlament sədrilərinin görüşü iki ölkə arasında anlaşılmazlıqların aradan qaldırılmasına kömək edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 11, 2023 13:42 Asia/Baku
  • Son görüşlər anlaşılmazlıqların aradan qaldırılmasına kömək edib

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, Türkiyədə Azərbaycan və İran Parlament sədrilərinin görüşü iki ölkə arasında anlaşılmazlıqların aradan qaldırılmasına kömək edib.

İRNA xəbər verir ki, Hüseyn Əmir Abdullahiyan İran İslam Şurası Məclisinin sədri Məhəmməd-Baqir Qalibafın Türkiyəyə səfəri və burada Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə, habelə türkiyəli həmkarı ilə keçirdiyi görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb.

Əmir Abdullahiyan bildirib ki, İranla Azərbaycan Parlament sədrilərinin bu görüşü iki ölkə arasında anlaşılmazlıqların aradan qaldırılmasına kömək edib və bu istiqamətdə yaxşı addımlar atılıb.

 

Bundan öncə İran Parlamentinin sədri də Türkiyədən Tehrana dönərkən səfərlə bağlı eyni açıqlamanı verib