Avropanın yanlış hesablaması onun özünə ziyan vurur
Sepah-a qarşı təxribat cavabsız qalmayacaq – TƏHLİL
Avropa Parlamenti yanvarın 19-da qəbul etdiyi təxribat xarakterli qətnamə əsasında İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ı terrorçu təşkilatlar siyahısına daxil etməsi Tehranın qınaq obyektinə çevrilib.
Qətnaməyə cavab olaraq İran tərəfi gecikmədən Avropa dövlətlərinə qarşı adekvat tədbirlər görüləcəyini vurğulayıb.
Prezident Seyid İbrahim Rəisi bu barədə Sepah-ın Avropa İttifaqının terror təşkilatları siyahısına salınmasını ümidsiz addım kimi xarakterizə edib.
"Avropa İttfaqının son addımı çarəsizlik aktıdır. Bu hərəkət beynəlxalq qanunlara və BMT-nin nizamnaməsinə ziddir", - o cənab Rəisi bildirib.
İran XİN-nin isə Avropa Parlamentinin Sepah-ı “terror siyahısı”na salmasına münasibəti belə olub: “İran İslam İnqilabı Keşikçiləri Korpusu dünyada terrora qarşı mübarizə aparan ən böyük qurumdur”.
Aydın məsələdir ki, Qərb ölkələrinin İnqilab Mühafizəçilərini terrorçu adlandırmasını daha çox İranofobiya siyasətinin davamı və Tehrana qarşı psixoloji müharibənin bir az da şiddətlənməsi kimi qəbul etmək lazımdır.
Bununla yanaşı Avropa İttifaqı və onun Avropa Parlamenti kimi qurumlarının İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu elan edilməsi haqda misli görünməmiş səyləri əslində avropalıların ABŞ-a yaltaqlanmalarının və imperialist dövlətin siyasətlərinə kor-koranə itaət etmələrinin mühüm bir nümunəsidir.
Bundan əvvəl, Tramp administrasiyası Sepah-a qarşı hərəkəti ilə beynəlxalq hüququn norma və prinsiplərini çökdürmək yolunda yeni bir addım atmışdı, hazırda isə avropalılar İrana qarşı təzyiqləri gücləndirərək, uğursuz təcrübəni təkrarlamaq niyyətindədirlər.
Avropalılar bəlkə də unutmuşlar ki, İslam İnqilabı Keşikçiləri Korpusu Qərbi Asiya regionunda, xüsusilə Suriya və İraqda Qərbin dəstəklədiyi terror qruplaşmalarına qarşı uzun və effektiv mübarizə aparan İran İslam Respublikasının silahlı qüvvələrinin bir hissəsidir. Bu səbəbdən Avropa Birliyinin onu terrorçu elan etməsi regional sülh və təhlükəsizliyi zəiflətməyə yönəlmiş bir hərəkətdir. Həmçinin Sepahı terrorçu elan etmək Qərb üçün gərginlik səviyyəsini artıra bilər.
Bunun kənarında Sepah-a qarşı hər hansı bir hərəkət İran İslam Respublikası quruluşuna və suverenliyinə qarşı bir hərəkət sayılır ki, bu da qətiyyən Tehran tərəfindən cavabsız qalmayacaq.