Sepah ABŞ-ın regiondakı ekspansianist strategiyalarını pozur
https://azeri.sahartv.ir/news/İran-i396816-sepah_abŞ_ın_regiondakı_ekspansianist_strategiyalarını_pozur
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah İranın milli qüdrətinin əsas dayaqlarından biri kimi sionist-aparteid rejimini təhqir edir və Amerikanın regiondakı ekspansianist strategiyalarını pozur.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 25, 2023 18:21 Asia/Baku
  • Sepah ABŞ-ın regiondakı ekspansianist strategiyalarını pozur

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah İranın milli qüdrətinin əsas dayaqlarından biri kimi sionist-aparteid rejimini təhqir edir və Amerikanın regiondakı ekspansianist strategiyalarını pozur.

Tvitterdə Amerikanın İran xalqına qarşı düşmənçilik hərəkətləri və Sepah-ın əlindən hiddətlənməsinin səbəblərinə toxunan Nasir Kənani-Çafi yazıb: Amerika rejimi və hökumətlərinin İran xalqına qarşı düşmənçilik hərəkətləri, cinayətləri və zülmlərinin müxtəlif cəhətləri Vaşinqton başçılarının insan hüquqları jestlərinin yalan və siyasi olduğunu və ondan bir vasitə kimi istifadə etdiklərini göz qabağına qoyur.

Kənani-Çafi əlavə edib: Devriliş planları, səkkizillik müharibədə təcavüzkara hərtərəfli dəstək, sərnişin təyyarəsini qəsdən vurma, hibrid müharibəsinin icrası, terrorçu münafiqləri himayə, İran xalqına qarşı maksimum təzyiq və sanksiya, Amerika rejiminin İran xalqı əleyhinə saysız-hesabsız cinayətlərinin təkcə müəyyən nümunələridir.