Fev 06, 2023 14:29 Asia/Baku
  • İnqilab Rəhbəri əfv fərmanı ilə düşmənlərin planlarına sədd çəkdilər

İran İslam Şurası Məclisinin sədri vurğulayıb ki, İslam İnqilabının Böyük Rəhbəri əfv fərmanı ilə düşmənlərin planlarına sədd çəkdilər.

Məhəmməd Qalibaf əlavə edib: İslam İnqilabı qələbəsinin ildönümü günü ərəfəsində İslam İnqilabının Böyük Rəhbərinin son hadisələrin müttəhimləri və məhkumlarının böyük bir hissəsinin əfv olunması və ya cəzasının yüngülləşdirilməsi ilə razılaşmaları, o həzrətin öz övladları ilə bir ata kimi və məhəbbətlə dolu yanaşmasının digər bir cilvəsini sərgilədi.

İran İslam Şurası Məclisinin sədri sonra deyib: O həzrət bu hadisələrin əvvəlindən həyəcanlanmış və aldanmış şəxslərin hesabını çaxnaşmanın təşkilatçılarının hesabından ayrdı və özlərinin son sevgiləri ilə bu yanaşmanın reallaşmasına təkid etməklə yanaşı, milli həmrəylik və birliyin bərpası və ictimai bərpada misilsiz rol oynadılar.

Qalibaf sonra Türkiyə və Suriyada zəlzələnin baş verməsinə işarə və əlavə edib: İranın humanist xalqı tərəfindən Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələ hadisəsindən zərərçəkənlərin hamısının kədərinə səmimi qəlbdən şərik çıxırıq.

 

Teqlər