Şamxani: Əfqanıstana transregional müdaxilə regionda təhlükənin daha da artmasına səbəb olub
https://azeri.sahartv.ir/news/İran-i397224-Şamxani_Əfqanıstana_transregional_müdaxilə_regionda_təhlükənin_daha_da_artmasına_səbəb_olub
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Moskvada keçirilən regional təhlükəsizlik sammitinin beşinci iclasında Əfqanıstana regiondankənar müdaxiləni regionda təhlükənin daha da artmasına səbəb olduğunu bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 08, 2023 16:49 Asia/Baku
  • Şamxani: Əfqanıstana transregional müdaxilə regionda təhlükənin daha da artmasına səbəb olub

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Moskvada keçirilən regional təhlükəsizlik sammitinin beşinci iclasında Əfqanıstana regiondankənar müdaxiləni regionda təhlükənin daha da artmasına səbəb olduğunu bildirib.

Əfqanıstanın qonşu ölkələrinin, o cümlədən Rusiya, İran, Hindistan, Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın katiblərinin və milli təhlükəsizlik müşavirlərinin iştirakı ilə regional təhlükəsizlik sammitinin beşinci iclası çərşənbə günü Moskvada keçirilib.

İRNA-nın məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bildirib ki, İran İslam Respublikası ötən dörd onillikdə Əfqanıstanın ən pis şəraitində həmişə bu ölkə xalqının yanında olub, indi də İslam İnqilabının Almi Məqamlı Rəhbərinin strateji göstərişi əsasında Amerikanın qəddar, birtərəfli və qeyri-qanuni sanksiyalarının İran xalqı üçün yaratdığı problemlərə baxmayaraq, dövlət və İran xalqı Əfqanıstan xalqına yardım göstərməkdə davam edir və bu ölkədən çoxlu sayda qonağı qarşılayır. 

Əfqanıstandakı təhlükəsizlik şəraitinin ölkənin qonşularına birbaşa təsirinə toxunan Şəmxani bu ölkədə təhlükəsizlik, sülh, sabitlik və tərəqqinin yaradılmasının İranın əsas prioriteti olduğunu bildirib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əfqanıstanda davamlı sülh və sabitliyin yaradılması üçün təkcə qonşuların birgə səylərinin həll edici ola bilməyəcəyinə işarə edərək, qeyri-sabitlik və təhlükəli uçurumundan çıxış yolunun Əfqanıstanda idarəedici rola malik tərəflərin və digər aktorların nifuzlu dairələrin iradə və istəyindən ibarət olduğunu bildirib.

Şamxani, etnik və irqi ayrı-seçkilik olmadan bu ölkənin bütün xalqının siyasətdə və dövlət idarəçiliyində iştirakına zəmin yaratmaqla Əfqanıstanın milli birliyinə zəminə yaratmaq və Əfqanıstanın müxtəlif sahələrində, xüsusən də qonşularla bağlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsi və Əfqanıstanda terror qruplarının qarşısını almaqla sabitliyə nail olunmasına lazımi tədbirlərin göstərilməsini qeyd etdi.

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi ABŞ-ın Əfqanıstanı təhlükəsizlik və terrorizm yuvasına  çevirmək üçün davamlı səylərinə toxunaraq deyib: Əfqanlıların həyatına hər zaman bəlaya çevrilmiş olan əminsizliyin, bu ölkədə baş qaldırmasına icazə verilməməlidir. Bölgəyə olan xarici müdaxilələr bütün bölgə xalqlarının ortaq facisəinə gətirib çıxaracaqdır.