Fev 09, 2023 19:11 Asia/Baku
  • Foks-Nyus İranın yeraltı hava bazasının təqdimatını analiz edib

Foks-Nyus telekanalının vebsaytı yazıbdır ki, Tehranın İsrail rejiminə qarşı təhdidi və İran ordusunun yeraltı hava bazasının təqdimatı ilə bir zamanda, gərginlik artıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, Foks-Nyus həmçinin yazıbdır ki, İran ordusunun yüksək rütbəli komandanları sözügedən bazanın təqdimatı zamanı İsrail rejiminə hədələyici mesaj göndəriblər.

İran çərşənbə axşamı günü rəsmi şəkildə ilk yeraltı hava bazasının təqdimatını keçirdi. Bu baza uzaq mənzilli Kruz raketləri və qırıcıları yerləşdirmək qabiliyyətinə malikdir.

İran rəsmiləri də ordunun müxtəlif əməliyyatlarının daha yaxşı icra olunması istiqamətində bazanın imkanları haqda danışmaqla yanaşı, əsas düşmən olan İsrail rejimi barədə hücum xarakterli ifadə tərzindən istifadə ediblər.

Bu sözlərin fonunda qeyd edək ki, İran ilə İsrail rejimi arasında gərginliyin xüsusən Benyamin Netanyahunun İsrail rejiminin baş nazirliyinə seçilməsinin ardınca yüksəlməsi davam edib.

İranın bir müdafiə eksperti rəqəmsal Foks Nyus-a deyibdir ki, sözügedən bazanın təqdimatı bir müddət bundan öncə İran İslam Respublikasının təhlükəsizlik siyasətində müşahidə olunan gedişatın davam etməsinin nişanəsidir.

İran bundan qabaq yer altından ballistik raketlər atmaq imkanına malik olduğunu göstərməklə yanaşı, PUA və raket yerləşdirmək üçün oxşar yeraltı bazaları nümayiş etdiribdir.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenat pasdar Məhəmməd Baqiri və İran İslam Respublikası Ordusunun baş komandanı general-leytenant Əbdürrəhim Musəvi ordunun “Oqab-24” taktiki hava bazasında olublar.

Sözügedən aviabaza ordunun hava qoşunlarının pilotsuz uçuş aparatları, həmçinin qırıcı-bombardmançı təyyarələrini qəbul etmək və əməliyyata göndərmək qabiliyyətinə malikdir.

“Oqab-44” taktiki hava bazası yanacaq anbarları, hava limanı və naviqasiya avadanlıqları, təyyarənin saxlanılması və təmiri mərkəzləri, anqarlar, komandanlıq postu, alert və sair kimi məkanlara malikdir.

 

Teqlər