Fev 10, 2023 17:05 Asia/Baku
  • İran İslam Respublikası Ordusunun Türkiyəyə səyyar xəstəxana göndərilib

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı bildirib ki, bu qoşunların 50 çarpayılıq səyyar xəstəxanası yetmiş müalicə-yardım kadrı ilə yanaşı ordu və Sepah-ın təyyarələrilə Türkiyəyə göndərilib.

SəhərAzəri-nin məlumatına əsasən, Briqada generalı Kiyumərs Heydəri deyib: Türkiyənin bəzi bölgələrində ağır zəlzələnin baş verməsinin ardınca və həmin ölkənin məsul şəxslərinin istəkləri ilə İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının 50 çarpayılıq səyyar xəstəxanası yetmiş müalicə-yardım kadrı ilə yanaşı, ordunun hava qoşunlarının bir ədəd “Boeing-747”, İslam İnqilabı Keşikçiləri Korpusunun isə iki ədəd “İlyuşin” təyyarəsi ilə tibbi yardım göstərmək məqsədilə Tehranın Mehrabad hava limanının Şəhid Ləşgəri bazasından Türkiyəyə göndərilib.

O, əlavə edib: Mümkün olan ən tez bir zamanda Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrdə qurulacaq bu 50 çarpayılıq səyyar xəstəxana təcili yardım, əməliyyat otağı, aptek, laboratoriya və sairəyə şamil olur ki, cərrah həkim, ortoped, pediatr, infeksionist həkim, təcili yardım işçisi, inyeksiya və  əməliyyat otağı üzrə şəfqət işçisi və mamadan ibarət yetmiş nəfərlik müalicə kadrı ilə orada tibbi xidmətlər göstərəcək.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı sonra belə qeyd edib: Ordunun quru qoşunları həmçinin İranın Xoy rayonunda  zəlzələdən zərər çəkmiş əhaliyə tibbi xidmət və yardım prosesini davam etdirir.

Bu hadisənin baş verdiyi ilk saatlardan əziz həmvətənlərə  tibbi xidmətlər göstərmək məqsədilə təcrübəli müalicə kadrının müşayiət etdiyi təchiz olunmuş bir səyyar xəstəxana sözügedən rayonda quruldu. Bu  səyyar xəstəxana indiyədək dəyərli xidmətlər göstərib və tapşırığın sonunadək də əhalinin yanında olacaq.- deyə general Heydəri bildirib.

 

Teqlər