Kənanidən ABŞ xəzinədarlıq nazirliyinin yeni sanksiyalarına cavab
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Amerikanın yeni sanksiyalarına cavab olaraq deyib: Amerikanın qanunsuz və birtərəfli sanksiyalar vasitəsinə söykənməkdəki israrının davam etməsi hər şeydən artıq İranın mövqeyinin haqlı olduğunu və Amerikanın İran və nüvə anlaşması qarşısındakı sui-niyyəti və təfriqə saldığını göstərir.
SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani ABŞ xəzinədarlıq nazirliyinin bəzi iranlı şirkətlərə qarşı yeni sanksiyalarına cavab olaraq deyib: Bayden hökumətinin Tramp dövrünün uğursuz siyasəti kimi sanksiyalara söykənməsi sırf olaraq, İranın özünün inkarolunmaz və qanuni hüquqlarından bəhrələnmək və milli inkişaf hədəflərini ciddi şəkildə təqib etməkdə əzmkar olmasına səbəb olacaq.
ABŞ xəzinədarlıq nazirliyi İranın xam neft və neft-kimya məhsullarının istehsalı, satışı və asiyalı alıcılara göndərilməsi sahəsində fəaliyyət göstərən doqquz orqanına qarşı sanksiya tətbiq edib.
İranın diplomatiya aparatının sözçüsü söyləyib: Digər tərəfdən, Amerika beynəlxalq hüquqlarda qəbul olunmuş prinsip və qaydalarla ziddiyyət təşkil edən İrana qarşı birtərəfli sərt tədbirləri və zalımcasına sanksiyaları ilə, beynəlxalq məsuliyyət qarşısında durur.
Kənani söyləyib: Şübhəsiz, İran İslam Respublikası bu kimi hərəkətlərlə mübarizə aparmaq üçün özünün bütün hüquqlarını qoruyub saxlayır.