Fev 11, 2023 13:01 Asia/Baku
  • Bütün İranda «Allahu Əkbər» nidası və nur yağışı

İslam İnqilabı qələbəsinin qırx ikinci ildönümü gecəsində bütün İslami İranda eyni zamanda «Allahu Əkbər!» nidası göylərə ucaldı.

SəhərAzəri-nin məlumatına görə,  əzəmətli İran İslam İnqilabı qələbəsinin qırx dördüncü ildönümü gecəsində dünən yerli vaxtla saat 21:00-da İslami İran xalqından milyonlarla nəfər evlərin damlarından, həmçinin məscid və küçələrdə iştirak edərək, «Allahu Əkbər!» nidasını verdi.

Həmçinin İranın müxtəlif şəhərlərinin səması xalqın "Allahu Əkbər" nidası ilə bir zamanda nur yağışına büründü.

Bu gün, bəhmən ayının 22-si, 11 fevral,  Həzrət İmam Xomeyninin (r.ə) rəhbərliyi ilə İslam İnqilabının qələbəsinin 44-cü ildönümü günüdür.

İslami İran xalqı hər il bu münasibətlə İslam İnqilabı qələbəsinin ildönümü yürüşündə milyonluq iştirakla İslam İnqilabının və İslam İnqilabının Aliməqamlı Rəhbərinin amalları ilə öz əhd-peymanını təzələyir.

 

Teqlər